Bakıda azyaşlı bağlı qapı arxasında köməksiz qalıb

Bakıda azyaşlı bağlı qapı arxasında köməksiz qalıb Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər
Hadisə
1 Fevral , 2015 20:45
Bakıda azyaşlı bağlı qapı arxasında köməksiz qalıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə FHN-in “112” saylı qaynar telefon xəttinə məlumat daxil olub.

Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:12-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi