Azərbaycanda telekanal əməkdaşı qəza törədib - FOTO

Azərbaycanda telekanal əməkdaşı qəza törədib - FOTO Hadisə Səbail rayonunda baş verib
Hadisə
13 Oktyabr , 2016 14:57
Azərbaycanda telekanal əməkdaşı qəza törədib - FOTO

Bakı. 13 oktyabr. REPORT.AZ/ AZTV əməkdaşının idarə etdiyi avtomobil "London taksisi" ilə toqquşub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsində baş verib.

Məlumata görə, "Chery" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yol kənarında dayanmış "London taksisi"nə çırpılıb.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, "Chery" markalı avtomobili idarə edən şəxs AZTV-də sürücü vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi