Bakı. 21 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda "Azərişıq" ASC-yə məxsus gücü 180 kVt olan transformatorda yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə transformatorun yanar hisələri və ətrafında 20 m2 sahədə quru ot yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.