Azərbaycan Yazıçılar Birliyinin keçmiş üzvü Bakıda bıçaqlanıb

Azərbaycan Yazıçılar Birliyinin keçmiş üzvü Bakıda bıçaqlanıb Beş bıçaq yarası alan Mübariz Məsimoğlunun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
6 Mart , 2015 01:29
Azərbaycan Yazıçılar Birliyinin keçmiş üzvü Bakıda bıçaqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında yerləşən “İmperator” şadlıq sarayının qarşısında qeydə alınıb.

Hadisə zamanı 53 yaşlı Mübariz Məsimoğlu və onun əmisi oğlu Kazımov Cavanşir Əkbər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. 

Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, bıçaqlanan M.Məsimoğlu şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub, amma 2007-ci ildə AYB-dən xaric edilib. M.Məsimoğlu, həmçinin vəkillik fəaliyyəti ilə də məşğuldur.

Son xəbərlər

Orphus sistemi