Bakıda axtarışda olan iki nəfər tutulub

Bakıda axtarışda olan iki nəfər tutulub Araşdırmalar davam etdirilir
Hadisə
24 Noyabr , 2015 11:30
Bakıda axtarışda olan iki nəfər tutulub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda axtarışda olan iki nəfər tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Ağa Musayev tutulub.

Həmçinin, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1994-cü il təvəllüdlü Ağaqulu Nağıyev tutulub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi