Bakıda axtarışda olan dörd nəfər tutulub

Bakıda axtarışda olan dörd nəfər tutulub Bütün faktlar üzrə araşdırmalar davam etdirilir
Hadisə
3 Fevral , 2016 12:10
Bakıda axtarışda olan dörd nəfər tutulub

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda axtarışda olan dörd nəfər tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.

Bundan başqa, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Sahib Əliyev, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov tutulub.

Bütün faktlar üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi