Bakıda axtarışda olan iki nəfər saxlanılıb

Bakıda axtarışda olan iki nəfər saxlanılıb Hər iki faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
26 Dekabr , 2014 11:39
Bakıda axtarışda olan iki nəfər saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan iki nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi (RPİ) 9-cu Polis Bölməsi (PB), Sabunçu RPİ-13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1965-ci il təvəllüdlü Əlibəy Dadaşov, CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İsmayıl Hacıyev tutulub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi