Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb Araşdırmalar aparılır
Hadisə
8 Dekabr , 2014 13:26
Bakıda axtarışda olan şəxslər saxlanılıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış və İstintaq Şöbələrinin, Nizami RPİ 23-cü Polis Bölməsi (PB), Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1966-cı il təvəllüdlü Saqif Quliyev, 221-ci (xuliqanlıq) maddəsi axtarışda olan 1985-ci il təvəllüdlü Xəyyam Əbdülrəhimov, 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1990-cı il təvəllüdlü Fərhad Hacıyev tutulub.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi