​Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub

​Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub O, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
2 May , 2015 15:36
​Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub

Bakı. 2 may. REPORT.AZ/ Emin Abbasov adlı şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, onun barəsində toplanmış material Xətai rayon Məhkəməsinə göndərilib.

E.Abbasov məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək 12 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1 ay müddətinə inzibati həbs tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi