Bakıda avtoservisdə təmir edilən avtomobil oğurlanıb

Bakıda avtoservisdə təmir edilən avtomobil oğurlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
14 Sentyabr , 2015 11:50
Bakıda avtoservisdə təmir edilən avtomobil oğurlanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda avtoservisə verilmiş avtomobil oğurlanıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, M.S.Ordubadi küçəsində yerləşən avtoservisdə təmirdə olan, Bakı şəhər sakini Zöhrab Hüseynova məxsus “Toyota Corolla” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Rafik Cəlilov müəyyən olunaraq tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi