Bakıda avtomobillərin şüşələrini sındırıb oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərin şüşələrini sındırıb oğurluq edən şəxs tutulub "Toyota-Prado" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayan şəxs hadisə yerindən qaçıb
Hadisə
1 Dekabr , 2015 11:04
Bakıda avtomobillərin şüşələrini sındırıb oğurluq edən şəxs tutulub

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda avtomobillərin şüşələrini sındırıb oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 30-na keçən gecə, naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus "Toyota-Prado" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən "Lada-Priora" markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.

Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus "Mercedes" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus "Toyota Land-Cruser" markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik Şəhər Xidməti , Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi,Təhlükəsiz Şəhər Xidməti, 35, 36 və 37-ci Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluq və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi "VAZ-21723" markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb və avtomobilə baxış zamanı oğurlanan əşyalar aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi