Bakıda avtomobillər toqquşub, 4 nəfər yaralanıb

Bakıda avtomobillər toqquşub, 4 nəfər yaralanıb Suraxanı Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
27 May , 2016 11:14
Bakıda avtomobillər toqquşub, 4 nəfər yaralanıb

Bakı. 27 may. REPORT.AZ/ Bakıda 4 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Zaur Hüseynovun idarə etdiyi “Mercedes” və Zaur Abdulrəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Hüseynov və 1 sərnişini, habelə Z.Abdulrəhimovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi