Bakıda avtomobillə vurulan azyaşlı ölüb

Bakıda avtomobillə vurulan azyaşlı ölüb Xəzər Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
11 İyun , 2016 12:40
Bakıda avtomobillə vurulan azyaşlı ölüb

Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda azyaşlının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Xəzər Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi