Bakıda avtomobillə motosiklet toqquşub, sürücülərdən biri ölüb

Bakıda avtomobillə motosiklet toqquşub, sürücülərdən biri ölüb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
18 Avqust , 2015 14:08
Bakıda avtomobillə motosiklet toqquşub, sürücülərdən biri ölüb

Bakı. 18 avqust. REPORT.AZ/ Suraxanı rayonunda avtomobillə motosikletin toqquşması nəticəsində sürücülərdən biri ölüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi