Bakıda avtomobildən düşən sərnişini digər avtomobil vurub

Bakıda avtomobildən düşən sərnişini digər avtomobil vurub Xəstəxanaya yerləşdirilən Mahir Quliyev orada ölüb
Hadisə
27 Aprel , 2016 11:55
Bakıda avtomobildən düşən sərnişini digər avtomobil vurub

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda avtomobildən düşən sərnişini digər avtomobil vurub. 

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, aprelin 26-da saat 8 radələrində Qaradağ rayonu ərazisində Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolun kənarında dayanan Hacıqabul rayon sakini Rais Nəzərova məxsus “VAZ-21154” markalı avtomobili və bu zaman avtomobildən düşən sərnişin Mahir Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən M.Quliyev orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi