​Bakıda avtomobildən 26 min manat oğurlayan şəxslər həbs edilib

​Bakıda avtomobildən 26 min manat oğurlayan şəxslər həbs edilib Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulub
Hadisə
30 Aprel , 2016 12:05
​Bakıda avtomobildən 26 min manat oğurlayan şəxslər həbs edilib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda avtomobildən 26116 manat pul oğurlayan şəxslər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinin (PB) və Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobildən 26116 manat pul oğurlayan Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulub.

Son xəbərlər

Orphus sistemi