Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. “Report” FHN-in saytına istinadən xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdakı ikimərtəbəli evin çöl divarına quraşdırılmış 1 ədəd elektrik və 1 ədəd qaz sayğacı da yanaraq sıradan çıxıb. Yaşayış evi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.