Bakıda avtomobil şirkət avtobusu ilə toqquşub

Bakıda avtomobil şirkət avtobusu ilə toqquşub Hadisə avtomobil və avtobusun bir-birinə yol verməməsi səbəbindən baş verib
Hadisə
11 Fevral , 2015 09:27
Bakıda avtomobil şirkət avtobusu ilə toqquşub

Bakı. 11 fevral. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpünün altında “Mercedes” markalı avtomobillə “Shaolin” markalı avtobus toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə avtomobil və avtobusun bir-birinə yol verməməsi səbəbindən baş verib.

Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qəzaya uğrayan avtobus Bakıda fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi