Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakıda yol qəzası baş verib, xəsarət alan var Qəza nəticəsində "Nissan Juke" markalı avtomobil deformasiyaya uğrayıb və sürücüsü yüngül bədən xəsarəti alıb
Hadisə
7 Oktyabr , 2016 10:55
Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Nobel prospektində qeydə alınan hadisə zamanı "Nissan Juke" markalı avtomobillə "Toyota Prado" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Nissan Juke" markalı avtomobil deformasiyaya uğrayıb və sürücüsü yüngül bədən xəsarəti alıb. Hadisə yerinə gələn Dövlət Yol Polis (DYP) əməkdaşlarının ilkin qənaətinə görə, "Nissan" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün saxlamaması qəzaya səbəb olub.

Son xəbərlər

Orphus sistemi