​Bakıda avtomobil qadını vuraraq öldürüb

​Bakıda avtomobil qadını vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Dekabr , 2015 12:56
​Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Qasım Qasımov idarə etdiyi “Ford Transit” markalı avtomobillə 1950-ci il təvəllüdlü piyada Gülnarə İbrahimovanı vurub. G.İbrahimova aldığı xəsarətlər nəticəsində, 3 saylı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi