Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
13 Noyabr , 2015 14:40
Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakı. 13 noyabr. REPORT.AZ/. Bakı şəhəri, Yasamal rayonunun A.Ağayev küçəsindən şəhər sakini Əliqulu İsayevə məxsus  "VAZ-2107" markalı avtomobil qaçırılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elnur Şıxıyev və Rövşən Gülümcanov Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Cavadxan küçəsində saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi