Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil piyada qadını vuraraq öldürüb. "Report"
Məlumata əsasən, oktyabrın 2-də saat 21 radələrində paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən şəhər sakini Səkinə Hacıxanovanı vurub. Xəstəxanaya yerləşdirilən S.Hacıxanova orada ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.