Bakıda avtomobil iki piyadanı vurub

Bakıda avtomobil iki piyadanı vurub Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır
Hadisə
10 Fevral , 2016 13:56
Bakıda avtomobil iki piyadanı vurub

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda avtomobil iki piyadanı vurub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməyən avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulub. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır.

Son xəbərlər

Orphus sistemi