Bakıda avtodayanacaqda yanğın baş verib: 9 avtomobil yanıb

Bakıda avtodayanacaqda yanğın baş verib: 9 avtomobil yanıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
20 Aprel , 2015 19:08
Bakıda avtodayanacaqda yanğın baş verib: 9 avtomobil yanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi