Bakıda avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb

Bakıda avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur
Hadisə
3 Noyabr , 2015 15:26
Bakıda avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda fərdi avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada gözətçi işləyən qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılıb.

Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi