Bakı polisi cibgirlə bağlı vətəndaşlara müraciət edib - YENİLƏNİB - FOTO

Bakı polisi cibgirlə bağlı vətəndaşlara müraciət edib - YENİLƏNİB - FOTO Onun üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb
Hadisə
15 Sentyabr , 2015 12:16
Bakı polisi cibgirlə bağlı vətəndaşlara müraciət edib - YENİLƏNİB - FOTO

*** 11:31

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda avtobuslarda cibgirlik edən 57 yaşlı şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərər çəkən şəxslərdən Bakı Şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi