​Bakıda avtobusla iki nəfəri vurub öldürən sürücü tutulub

​Bakıda avtobusla iki nəfəri vurub öldürən sürücü tutulub Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
3 Noyabr , 2014 12:12
​Bakıda avtobusla iki nəfəri vurub öldürən sürücü tutulub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan sürücünün məsuliyyətə cəlb olunması təmin olunub. “Report”un xəbərinə görə, bu barədə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə açıqlamada bildirilib.

Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək prospektində 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Vahid oğlunun idarə etdiyi 50 saylı marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 90-HA-841 dövlət qeydiyyat nişanlı avtobusla kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlunu vurması, sonuncuların aldığı xəsarətlərdən ölmələri faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi