Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb Ahıl sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb
Hadisə
14 Oktyabr , 2016 11:34
Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.

Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi