Bakıda avtobus iki avtomobillə toqquşub - FOTOLAR

Bakıda avtobus iki avtomobillə toqquşub - FOTOLAR Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Yanvar , 2015 15:11
Bakıda avtobus iki avtomobillə toqquşub - FOTOLAR

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin qarşısında, Dilarə Əliyeva küçəsində 32 saylı sərnişin avtobusu “Toyota” və “Mercedes” markalı avtmobillərlə toqquşub. 

Belə ki, “Toyota” avtobusun qarşısına çıxıb. Bundan sonra isə “Toyota” yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə dəyib. Hadisə nəticəsində avtobusa və hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi