Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb

Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır
Hadisə
10 Noyabr , 2015 16:02
Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda yaşayan xarici vətəndaşın evindən külli miqdarda pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Avstriya vətəndaşı, 1967-ci il təvəllüdlü Kuermayr Mixaelin Bakı şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən evindən oğurluq edilib.

Naməlum şəxs onun evinə açar seçməklə daxil olub və 4000 funt-sterlinq oğurlayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Kuermayr Mixael Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi