​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən proses iyunun 1-nə təyin edilib
Hadisə
27 May , 2016 17:55
​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 27 may. REPORT.AZ/ Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Niyaz oğlu Mürsəlovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclasının vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən proses iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi