​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb

​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib
Hadisə
1 İyun , 2016 14:51
​Bakıda arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Niyaz oğlu Mürsəlovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi