Bakıda arvadını öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda arvadını öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib Famil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
7 Oktyabr , 2016 12:50
Bakıda arvadını öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Famil Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında F.Əhmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Əhmədov həyat yoldaşını Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi