​Bakıda arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

​Bakıda arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
22 Yanvar , 2016 11:10
​Bakıda arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Məhəmməd Adil oğlu Əliyevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci il aprel ayının 16-da Bakının Suraxanı rayonu Tağıyev küçəsində baş verib. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. O, A.Gülüşovanın baş, boğaz və qol nahiyələrinə bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görən M.Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıblar. M.Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.Qərardan narazı qalan M.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi