​Bakıda anasını öldürən gəncin apellyasiya şikayəti təmin edilməyib

​Bakıda anasını öldürən gəncin apellyasiya şikayəti təmin edilməyib Apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb
Hadisə
17 Fevral , 2016 09:48
​Bakıda anasını öldürən gəncin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş Zöhrabov barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. S.Zöhrabovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin iyul ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib.
S.Zöhrabov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi