Bakıda ana və qızını avtomobil vurub, onlardan biri ölüb

Bakıda ana və qızını avtomobil vurub, onlardan biri ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Noyabr , 2015 12:02
Bakıda ana və qızını avtomobil vurub, onlardan biri ölüb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda ana və qızını avtomobil vurub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi qəsəbəsində 1960-cı il təvəllüdlü Vəli Rüstəmov idarə etdiyi “Chery M-Grand” markalı avtomobillə 1979-cu il təvəllüdlü Aynurə Rəhimovanı və qızı 1997-ci il təvəllüdlü Zəhra Nizaməddin qızını vurub. Z.Rəhimova hadisə yerində ölüb, A.Rəhimova isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi