Bakıda ana qızını yaylıqla boğub

Bakıda ana qızını yaylıqla boğub Qadın tutulub
Hadisə
4 Avqust , 2016 13:23
Bakıda ana qızını yaylıqla boğub

Bakı. 4 avqust. REPORT.AZ/ Bakıda ana qızını qətlə yetirib.

“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi