​Bakıda altımərtəbəli yaşayış binasında yanğın baş verib

​Bakıda altımərtəbəli yaşayış binasında yanğın baş verib Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb
Hadisə
2 İyun , 2015 04:53
​Bakıda altımərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı. 02 İyun. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan obyektin mətbəxində aparat yanıb, yüksək temperaturdan soyuducunun bir hissəsi və qaz sayğacının üst hissəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi