Bakı. 1 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda altımərtəbəli binanın zirzəmisinə yığılmış tikinti materialları yanıb.
"Report" xəbər verir ki, binanın zirzəmisində olan digər tikinti materialları və bina yanğından mühafizə olunub.
Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.