​Bakıda ahıl kişinin evindən 70 min dollar və 30 min manatlıq qızıl oğurlanıb

​Bakıda ahıl kişinin evindən 70 min dollar və 30 min manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 İyun , 2016 15:53
​Bakıda ahıl kişinin evindən 70 min dollar və 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, Qaraçuxur qəsəbəsi, Şərq küçəsində yaşayan 78 yaşlı Cahanqir Əliyevə məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 70 min ABŞ dollar, 30 min manat dəyərində qızıl-zinət əşyaları və evin çıxarış sənədi (“kupça”) oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi