​Bakıda ağır yol qəzası baş verib: bir nəfər ölüb, beş nəfər yaralanıb

​Bakıda ağır yol qəzası baş verib: bir nəfər ölüb, beş nəfər yaralanıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
Hadisə
5 Dekabr , 2015 12:53
​Bakıda ağır yol qəzası baş verib: bir nəfər ölüb, beş nəfər yaralanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Astara rayon sakini Əli Şükürovun idarə etdiyi “DAF” markalı yük avtomobilinə vurub. Nəticədə İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilib. Həmin sərnişinlərdən Gültəkin Xəlilova xəstəxanada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi