Bakıda 9-cu mərtəbədən yıxılan yeniyetmə qız sağ qalıb

Bakıda 9-cu mərtəbədən yıxılan yeniyetmə qız sağ qalıb Həkimlər Lamiyə Namazovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər
Hadisə
27 Oktyabr , 2016 11:49
Bakıda 9-cu mərtəbədən yıxılan yeniyetmə qız sağ qalıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. 

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. 

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə yeniyetmənin ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi