​Bakıda 76 yaşlı piyada qəza zamanı dünyasını dəyişib - FOTO

​Bakıda 76 yaşlı piyada qəza zamanı dünyasını dəyişib - FOTO Hadisə “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib
Hadisə
26 May , 2015 04:49
​Bakıda 76 yaşlı piyada qəza zamanı dünyasını dəyişib - FOTO

Bakı. 26 may. REPORT.AZ/ Bakıda 76 yaşlı qadın piyadanı maşın vurub.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Qəza zamanı 1939-cu il təvəllüdlü Cəmilə Əli qızı yolu keçmək istəyən zaman “BMW” markalı avtomobil tərəfindən vurulub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi