Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, C.Naxçıvanski küçəsi ev 28 ünvanının qarşısında Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Zaur Ələsgərov mübahisə zəminində 1964-cü il təvəllüdlü Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib.
F.Allahverdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hüquq orqanlarının əməkdaşları Z.Ələsgərovu tutub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.