Bakıda 48 yaşlı qadın küçənin ortasında qarət olunub

Bakıda 48 yaşlı qadın küçənin ortasında qarət olunub Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
4 Noyabr , 2014 16:09
Bakıda 48 yaşlı qadın küçənin ortasında qarət olunub
Bakı. 4 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda 48 yaşlı qadın küçənin ortasında qarət olunub. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Metronun "20 yanvar" stansiyasının yaxınlığında - 2-ci Alatava kimi tanınan ərazidə 1966-cı il təvəllüdlü Qasımova Səbirə Əli qızı naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı cinayətkarlar qadının əl çantasını zorla əlindən alaraq hadisə yerindən qaçıblar. Zərərçəkən həmin vaxt toydan gəldiyindən onun çantasında qızıl-zinət əşyaları, 20 manat pul və bir ədəd mobil telefon olub. Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidməti və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Hələ ki, cinayəti törədən şəxsləri yaxalamaq mümkün olmayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi