Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib
Hadisə
11 Oktyabr , 2016 09:12
Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Son xəbərlər

Orphus sistemi