Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib

Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib
Hadisə
4 Oktyabr , 2016 02:33
Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda qanlı hadisə baş verib.

"Report"un məlumatına görə, 42 yaşlı Azər Məmmədov rayonun 8-ci mkr ərazisindən boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat edilib və hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə gəliblər.

Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgün olub-olmaması polisin apardığı araşdırmaların yekununda məlum olacaq.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi