Bakıda quyuda 4 yaşlı qızın meyiti tapılıb

Bakıda quyuda 4 yaşlı qızın meyiti tapılıb Yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
31 Yanvar , 2022 16:08
Bakıda quyuda 4 yaşlı qızın meyiti tapılıb
0 : 00
0 : 00

Bakıda quyuda 4 yaşlı qızın meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

15.19

Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

"Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi