​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücüyə hökm oxunub

​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücüyə hökm oxunub Samirə Usubova 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 Yanvar , 2016 15:44
​Bakıda 4 avtomobili vurduqdan sonra piyadanı öldürən qadın sürücüyə hökm oxunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Usubovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Usubova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ölümlə nəticələnən zəncirvari yol qəzası bu il martın 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi "Toyota" və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus "Hyundai", Kamil Məmmədova məxsus "BMW" və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus "KİA" markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.

Son xəbərlər

Orphus sistemi