Bakıda 4 avtomobil toqquşub - FOTO

Bakıda 4 avtomobil toqquşub - FOTO Qəza Şərifzadə küçəsində baş verib
Hadisə
30 Mart , 2015 02:44
Bakıda 4 avtomobil toqquşub - FOTO

Bakı. 30 mart. REPORT.AZ/ Yasamal rayonu Şərifzadə küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, üç "Mercedes" və bir "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı əvvəlcə Tural Hidayətovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi işiqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə bu nəqliyyat vasitələri "Toyota" və İntiqam Qarayevə məxsus başqa bir "Mersedes" markalı avtomobillərə çırpılıb.

Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəza törədən sürücülərin izahatları alınandan sonra hadisəyə hüqqi qiymət veriləcək.

Son xəbərlər

Orphus sistemi